​Türkiyə Ukraynaya görə buna getməyəcək - Rusiyalı ekspert

Baxış sayı:
12886

Türkiyə Ukraynaya görə, “Montrö” sazişini pozmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xalqlararası Əlaqələr Şurasının üzvü Boqdan Bezpalko Ukraynanın bu yöndə olan tələbini şərh edərkən deyib.
“II Dünya müharibəsində belə Türkiyə bu sazişi pozmadı. SSRİ-yə düşmən olan NATO-ya üzv olmasına baxmayaraq, Türkiyə Soyuq müharibə dövründə də bu razılaşmaya riayət etdi. İndi isə Türkiyənin “Montrö” sazişini pozacağı ilə bağlı heç bir gözlənti yoxdur”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Ukraynanın Hərbi Dəniz Qüvvələri komandanı İqor Voronçenko İstanbulda baş tutan II Beynəlxalq Dəniz Təhlükəsizliyi konfransında Türkiyədən İstanbul boğazını rus gəmilərinə bağlanılmasını tələb edəcəklərini demişdi.