Türkiyə vətəndaşı Batumi qumarxanasına hücum etdi
24-11-2018 21:00
Baxış sayı:
8014

Gürcüstanın Batumi şəhərində Türkiyə vətəndaşı olduğu deyilən şəxs qumarxanada iki qadına hücum edib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində qadınlardan biri həlak olub, digəri yaralanıb. Qadınların hər ikisinin Özbəkistan vətəndaşı olduğu bildirilir.
Hadisəni törətməkdə şüphəli bilinən şəxs Gürcüstan polisi tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.