Türkiyə yeni qurulan nizama meydan oxuyur

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın "bir neçə günə əməliyyata başlayacağıq" siqnalından sonra Türk Silahlı Qüvvələri (TSQ) sərhəddən 85 km uzaqlıqdakı Sincarı, 165 km uzaqlıqdakı Karaçok dağındakı terror hədəflərini 20 döyüş təyyarəsinin iştirakı ilə darmadağın etdi.
Həm Suriyada, həm də İraqda terrorla səmimi mübarizə edən tək ölkə olan Türkiyə, bu hava əməliyyatının dərinliyi etibarilə ölkə tarixində bir ilkə imza atdı.
Bununla da həm ABŞ-a, həm də himayəyə götürdüyü PKK terrorçularına qəti mesaj verildi ki, “Türkiyə məkan məhdudiyyəti olmadan hər yerdə terrorçuları vura bilər”.
"Türkiyə yeni qurulan nizama meydan oxuyur"
Beynəlxalq Əlaqələr Mütəxəssisi dosent Barış Adıbelli, "Yalnız bir əməliyyat deyil. Əvvəldən bəri Türkiyə ABŞ-ın, xüsusilə Tramp rəhbərliyi ilə birlikdə Suriyada girişmiş olduğu bu terror dövlətiylə yeni İsrail layihəsinə qarşıdır. Yalnız bu gün Fəratın şərqi üçün ediləcək olan əməliyyatla deyil, əvvəldən bəri “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatlarıyla qarşı olduğunu ifadə etmişdi. Hansısa şəkildə İsrail mərkəzli bir yeni sistem Orta Şərqdə yaradılmağa çalışılır. Türkiyə Qüds məsələsində də mövqeyini dəqiq şəkildə göstərsə də, buna bir bütün gözüylə baxmaq lazımdır. Suriyanın şimalında terror dövləti qurma işləri var. Bəli, bu Türkiyənin ərazi bütövlüyünə qarşı bir davranışdır, amma ümumilikdə ABŞ-ın yeni Yaxın Şərq planı var. Burada İsrail mərkəzli yeni bir nizam yaradılmağa çalışılır. Türkiyə burada qurulmaq istənən bir dövlətciyə deyil, daha çox ABŞ-ın Yaxın Şərqdə qurmağa çalışdığı yeni nizama meydan oxuyur " deyə son prosesləri şərh edib.
Müxalifət.az