Türkiyədə Amerika filmlərinin yayımı dayandırıldı

Baxış sayı:
1132

Türkiyənin dövlət teleradiokompaniyası TRT onillərlə hər bazar səhərləri yayımlanan kovboylar haqqında filmlərin nümayişini dayandırıb.

Muxalifet.az xəbər verir ki, bu barədə "Mynet" xəbər portalı yazır. Qərarın səbəbinin ABŞ-la münasibətlərin pisləşməsi olduğu bildirilir.
Telekanal bu filimləri 1980-ci illərdən nümayiş etdirir. Ötən bazar günü  26 avqustda ilk dəfə vestern efirə çıxmadı. İndi kovboy macəralarının yerinə izləyicilər türk filmlərinə baxa biləcəklər.
Onlardan  ilki “Ya nasip, ya kısmet” olacaq. Film 2 sentyabrda göstəriləcək.
Bu qərarına görə TRT tənqid atəşinə tutulub. Eyni zamanda telekanalın bu qərarını müdafiə edən şərhçi bu tip filmərdə kovboyların insanları öldürdüyünə və bununla belə qəhrəman elan olunduqlarına diqqət çəkib. Daha öncə məlum olduğu kimi türk pərakəndə satıçıları ölkə prezidentinin çağırışından sonra iPhone smartfonlarının alışını dayandırdılar. Həmçinin bildirilirdi ki, Ankara iqtisadiyyata hücumu bayrağa və dinə (inanca) hücum sayır.
Ankara və Vaşinqtonun münasibəti 1 avqustda Vaşinqtonun iki türk nazirinə - ədliyyə və daxili işlər nazirinə - sanksiya tətbiq etməsindən sonra pisləşməyə doğru getdi. Bu insident hazırki türk hökümətinə qarşı müxalifətdə olan Fətullah Gülənlə əlaqə və agentlikdə şübhəli hesab olunan həbs olunmuş amerikan pastor Endryü Bransonun azad olunması tələbinə verilən etiraza qarşı cavab oldu. Ankara onu 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdinin təşkilində günahlandırır.
Bundan başqa, 10 avqustda ABŞ prezidenti Tramp Türkiyədən alüminium və polad ixracına vergiləri artırdı. Bundan sonra türk lirəsi 2001-ci ildəki tarixi eniş minimumunu təzələdi - onun kursu 18 faiz düşdü. 5 gündən sonra Ankara bir sıra amerikan mallarına idxal vergisini artırdı.
 
Muxalifet.az