Türkiyədə bomba yüklü İHA-larla TERROR CƏHDİ
10-11-2018 16:31
Baxış sayı:
1933

Şırnakda ulu öndər Mustafa Kamal Atatürkün ölümünün 80-ci ildönümü münasibətilə anma mərasimi keçirilib. Mərasimin ardından protokol tədbir keçirilən sahədən ayrılıb. Vətəndaşların da ayrıldığı sırada mərasim sahəsinə pilotsuz uzaqdan idarə olunan İHA düşüb. Eyni saatlarda, 23-cü Jandarm Sərhəd Diviziya Komandanlığı ərazisinə də başqa bir İHA-nın düşdüyü bəlli olub.
Hər iki hadisədə də ölən, ya da yaralanan olmayıb. Aparılan araşdırmalarda, uzaqdan idarə olunan İHA-ların mismar və metal hissələri ilə gücləndirilmiş C-4 partlayıcı yüklü olduğu müəyyənləşdirilib.
Müxalifət.az