​Türkiyədə daha 82 hərbçi həbs olundu - FƏTÖ ƏMƏLİYYATI

Baxış sayı:
5704

Türkiyə Cümhuriyyətinin Hava Qüvvələri Komandanlığında FƏTO işilə bağlı aparılan araşdırma çərçivəsində 82 həbçi nəzarətə götürülüb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ankara Respublika Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, Hava Qüvvələri Komandanlığında xidmət edən hərbi qulluqçuların FƏTÖ-çü imamlarla əlaqələri üzə çıxıb.
FƏTÖ ilə əlaqələri təsbit edilmiş 1 kapitan, 1 baş leytenant və müxtəlif vəzifələrdə xidmət edən 80 zabit daxil olmaqla, ümumilikdə 82 hərbi qulluqçu həbs edilib.
Ankara Təhlükəsizlik İdarəsi Mütəşəkkil Qurplaşmalarla Mübarizə Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.