​Türkiyədə faciə: Silah anbarı partladı - 7 şəhid, 25 yaralı

Baxış sayı:
1354

Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda faciə baş verib.
Silah anbarının partlaması nəticəsində 7 nəfər şəhid olub, 25 nəfər isə xəsarət alıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransaya səfərindən əvvəl çıxışı zamanı məlumat verib.
Bir müddət əvvəl isə 4 şəhid, 20 yaralı olduğu açıqlanmışdı.
Hakkarinin İraq sərhədindəki Şəmdinli rayonunun Derecik Ortaklar kəndindəki polis bölməsində atış zamanı ağır silah anbarında partlayış baş verib.