Türkiyədə ŞOK OLAY: Ərdoğanın tərəfdarları ÖLDÜRÜLDÜ

Baxış sayı:
1645

Türkiyədə, Şanlıurfanın Suruç mahalında AKP-çilərə hücum zamanı 3 partiya üzvü öldürülüb, 9-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Axar.az xəbər verir ki, seçki təşviqatı zamanı AKP-çi deputat İbrahim Xəlil Yıldız ilə satıcı arasında mübahisə yaşanıb.

Bir neçə dəqiqədən sonra adi mübahisə bıçaq, dəyənək və digər küt alətlərin istifadə edildiyi davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.

***

AKP-çi deputat İbrahim Xəlil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb.

Məlumata görə, hadisə nəticəsində, ümumilikdə, 13 nəfər yaralanıb, onlardan 4-ü yerləşdirildiyi xəstəxanada həyatını itirib. Ölənlər arasında deputatın qardaşı Məhməd Əli Yıldız da var.