Türkiyədəki dövlət çevrilişi bəyannaməsini Amerikalı Con hazırlayıb

TSQ-nin sənəd paylama sistemi MEDAS-dan hərbi birliklərə göndərilən bəyanatın ilk əlyazması leytenant Hüseyn Ömrün emailində üzə çıxıb. Faylın 7 iyul 2016-da yaradıldığı müəyyən edilib. Son dəyişiklik isə 15 iyul saat 22.45-də edilib. Meta/data araşdırmasına görə, sənədi “Con” adlı kompüter istifadəçisi hazırlayıb.
15 iyul dövlət çevrilişi cəhdinin hərbi vəziyyət direktivlərini yaradanın "Con" isimli Amerikalının olduğu müəyyənləşdirilib. Leytenant Hüseyn Ömrün emailindən çıxan sənədin 7 iyul tarixində yaradıldığı təşkil edildiyi ortaya çıxıb. “Word” proqramında hazırlanan sənəd üzərindəki son dəyişikliyin isə 15 iyul saat 22.45-də edildiyi məlum olub.
15 iyul dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın olub olmadığı ən çox müzakirə edilən mövzulardandır. Hər fürsətdə bu iddiaları təkzib edib, demokratiya tərəfdarı kimi bəyanatlar edən ABŞ-ın dövlət çevrilişi ilə əlaqəsini ortaya qoyacaq yeni bir sənəd ortaya çıxıb.
Müxalifət.az