​TÜRKİYƏDƏN AÇIQLAMA: “Terrorçuları qazdıqları məzarlarda basdıracağıq”

Baxış sayı:
5026

Muxalifet.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Respublikasının 35-ci ildönümü ilə əlaqədar Lefkoşada Şimali Kipr Türk Sülhməramlı Qüvvələrini ziyarət edib.
Səfər zamanı çıxış edən Fuat Oktay Suriyanın şimalında yuva salmış, Türkiyə dövləti üçün təhlükə hesab edilən terrorçularla mübarizədən də danışıb. O deyib: “Zeytun budağından sonra indi İdlibdəyik. Menbiçə gəlirik və oradan Fərat çayının şərqinə keçəcəyik. Əl Babda əldə elədiyimiz uğurları Fərat çayının şərqində də davam etdirəcəyik. Terror təşkilatlarını gəldikləri yerlərə göndərəcəyik və ya qazdıqları məzarlarda basdıracağıq. Türkiyəyə qarşı heç kim heç bir oyunun parçası ola bilməz. Siz Əl Babda da bunu göstərdiniz. Türkiyənin zarafat eləmədiyini hamı görüb. Bundan sonra da görəcəklər”.