Türkiyədən Afinaya sərt bəyanat: Qəddar bir terrorçu...

Türkiyə Yunanıstan hökumətinin 17 noyabr terror qruplaşmasının üzvü, məhbus Dimitris Kufodinasa icazə hüququ verilməsi məsələsinə sərt reaksiya verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bəyanat yayılıb.
“Yunanıstanın 17 noyabr terror qruplaşmasının üzvü, məhkum Dimitris Kufodinasa dördüncü dəfə icazə hüququ verməsini bir daha şiddətli şəkildə qınayırıq. Diplomatlarımızı öldürən bir terrorçuya bu şəkildə humanist münasibət göstərilməsi onların xatirəsinə və ailələrinə edilən hörmətsizlikdir. Qəddar bir terrorçunun bu tip imtiyazlardan faydalanması terrorla mübarizə sahəsində böyük bir zəiflik yaratmaqdadır”, - bəyanatda deyilib.
Xatırladaq ki, “17N” adı ilə də məşhur olan təşkilat Yunanıstanda sosializm qurulmasını istəyən və əsasən ABŞ-la mübarizə aparan terror qruplaşmasıdır. Bu qruplaşma türklərə qarşı da 9 terror aktı həyata keçirib.