Türkiyənin PKK-ya qarşı yeni taktikası: TERRORÇULAR SİNCARA QAÇIR

Baxış sayı:
2953

Addım addım Qəndilə irəliləyən Türk əsgəri, son əməliyyatlarda 48 terror düşərgəsini yerlə bir edib. ABŞ da PKK-nın yenidən yuvalanması üçün Sincara 5 yeni düşərgə qurun. Qəndildə qalan çox az sayda PKK-lı da bölgəni tərk edərək Sincara getdiyi müəyyən olunub.
 
Şimali İraq sərhədindən 40 kilometr içəri girən Türk əsgəri, PKK-ya zərbə üstünə zərbə vurur. Zaqros sahəsi adlandırılan Yüksekova-Şemdinli-Çukurca xəttində PKK-nın Türkiyə ilə əlaqələri tamamilə aradan qaldırılıb. Türk Silahlı Qüvvələri (TSQ) önləyici zərbə taktikasını işə salıb. Türk əsgəri bu taktikayla terrorçular harada yuvalanırsa oraya gedib, məhv etməyə başlayır.
Az sayda terrorçunun qaldığı Qəndilə qarşı quru və hava əməliyyatları intensivləşdirilib. Bölgədə qalan terror təşkilatı üzvlərinin İran sərhədinə yönəldiyi müəyyənləşdirilib.
 
PKK SİNCARA KÖÇÜR
 
TSQ-nin keçirdiyi hava hərəkatlarından sonra bölgədə sıxışan çox sayda PKK-lının İraq sərhədindəki Sincara yönəldiyi müəyyən olunub. Təqüddə olan polkovnik Coşqun Başbuğ, PKK-nın Sincarda yerləşməyə və təşkilatlanmağa başladığını söyləyib.
Müxalifət.az