Türkiyənin Suriyada "B” Planı!

Türkiyənin Suriya üçün apardığı diplomatiya tədbirləri işə yaramasa, “B” planı olan hərbi tədbir dövrəyə girəcək, bu üzdən Türkiyə, İdlibə zirehli birliklərdən ibarət yığın etməyə başlayıb.
Türkiyə, Suriyada müxaliflərin yaşadığı son "gərginliyi azaltma bölgəsi” olan İdlibin, hərbi variant həyata keçirilmədən terrordan təmizlənməsi və milyonlarla nəfərlik yeni bir köç dalğasının qarşısını almaq üçün sanki zamana qarşı mekik diplomatiyası başlayıb. İdlibin ətrafı həm Əsəd rejimi, həm də ABŞ tərəfindən silahla təchiz edilərkən, Türkiyə bir tərəfdən 7 sentyabrda Rusiya və İranla edəcəyi liderlər görüşünü, digər tərəfdən də ABŞ başda olmaqla, NATO-dakı müttəfiqləri ilə diplomatik və hərbi danışıqlar yolunu yeridir. Türkiyənin ən pis ssenariyə da hazırlıq görərək bölgəyə hərbi daşımalar etdiyinə diqqət çəkən diplomatik mənbələrə görə, mümkün bir İdlib toqquşması, Suriya mənşəli terrorun əvvəl Türkiyə, İran, İraq, İordaniya, Livana, sonra yüz minlərlə qaçqın üzərindən Avropa və Çinə yayılmasına yol açacaq.
A PLANI DİPLOMATİYA
Astana prosesini uğurla apararaq Suriyada 7 ildir davam edən müharibəni sona çatdırmaq istəyən Türkiyə, Rusiya və İran, 7 sentyabrda Tehrandakı liderlər zirvəsi ölkədə müxaliflərlə Əsəd rejimi arasında son mübahisəli bölgə olan İdlib problemini həll etmək üçün bir araya gələcək. Bu ölkələrin xüsusi xidmət orqanlarının hazırladığı siyahılarla, İdlib bölgəsində yerləşən İŞİD-ın davamı olan terror qruplarını müxalifətçilərdən və əhalidən ayıraraq tərksilah edilməsi və ərazinin təmizlənməsi formulları üzərində çalışılır.
“B” PLANI HƏRBİ TƏDBİR
Bölgədəki həmlələrə qarşılıq olaraq Türkiyənin cavabının isə diplomatiya yolunda sürət kəsmədən İdlibə mümkün hərbi əməliyyatın təməllərini atmaq olduğu ifadə edilir. TSQ-nin müxaliflərin nəzarətindəki şəhərə aralarında xüsusi təyinatlıların da yer aldığı yeni hərbi hissələr, zirehi vasitələr və hava müdafiə sistemləri göndərdiyi bildirilir.
HƏDƏF SURİYANI PARÇALAMAQ
ASSAM-ın sədr müavini təqaüddə olan polkovnik Çatsan Ergür isə "Super güclərin əsl məqsədi, Suriyanın öz nəzarətlərinə keçməsidir. ABŞ Suriyada sülh deyil, uzun müddətli müharibə şəraitinin davam etməsi və ən nəhayət Şimalda PYD, digər bölgələrdə Sünni Ərəb və Şiə Ərəb şəklində üçə bölünməsini hədəfləyir" deyə, söyləyib.
Müxalifət.az