Türkiyəyə şok zərbə: İtaliya PKK-ya yardım göndərdi
12-06-2018 18:40
Baxış sayı:
5122

İtaliya Suriyanın Deyr əz-Zor bölgəsində olan YPG-PKK qruplaşmasına dəstək olması üçün Suriyaya hərbçilərini göndərib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yerli mənbələrə istinadla informasiya yayıb.
Məlumata görə, təxminən bir həftə əvvəl Suriyanın şimalında YPG-PKK nəzarətindəki ərazilərə İraq bölgəsindən İtaliya əsgərləri daxil olub. Əsgərlər əvvəlcə Hasekə, daha sonra isə Deyr əz-Zora gəlib. Burada italiyalı əsgərlər Ömər neft yatağı ərazisindəki ABŞ hərbi bazasında məskunlaşıblar.