Türkiyəyə yeni təhlükə - 2.5 MİLYON İNSAN...
12-06-2018 10:51
Baxış sayı:
4513

Suriyanın şimal-qərbində Türkiyə sərhədində yerləşən müxaliflərin nəzarətindəki İdlib bölgəsində rejimin ələ keçirdiyi ərazilərdən qaçan döyüşçülərin ailələrini də götürüb, bura köçməsi ilə əhalinin sayı kəskin şəkildə artıb.
Muxalifət.az xəbər verir ki, İdlib vilayətinə Rusiya və rejim qüvvələrinin aviazərbələrinin artması Türkiyəni yeni bir köç təhlükəsi ilə qarşı-qarşıya qoyub.
“2.5 milyon insanın yaşadığı ərazidən qaçıb Türkiyəyə yönəlməsindən narahatlıq keçiririk. Bu insanların gedəcək başqa yeri yoxdur”, - BMT-nin Suriyaya humanitar yardım koordinatoru Panos Moumtzis deyib.
Xatırladaq ki, İdlibin əhalisi Hələb və Şərqi Qutadan gələn yaraqlıların hesabına artıb.