Tvitterin rəhbəri çətin vəziyyətdə: Dindiriləcək...
25-08-2018 20:01
Baxış sayı:
4447

Tvitter şirkətinin rəhbəri Cek Dorsini bu sosial şəbəkənin fəaliyyət prinsipləri ilə bağlı dindirilməyə çağırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kevin Makkarti öz Tvitter hesabında verib. Qərəzli danışıqların sosial media platformasının iş prinsipinə zidd olduğunu bildirən Kevin Makkarti şirkətin rəhbərinin sosial mediada mühafizəkarları susdurması iddiası ilə dindiriləcəyini bildirib.
O, Cek Dorsinin və bir neçə şirkət rəsmilərinin sentyabrın 5-də dindiriləcəyi vurğulayıb.