​UEFA reytinqi açıqlandı - Azərbaycan neçəncidir?

Baxış sayı:
325

Çempionlar Liqasının pley-off mərhələsində keçirilən üç cavab görüşündən sonra UEFA reytinqi açıqlanıb. Muxalifet.az xəbər verir ki, oynanılan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməyib. 18.250 xalı olan ölkəmiz 26-cı sırada qərarlaşıb. Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.375 xalı var.