​“UKRAYNA QALİB GƏLMƏYƏCƏK…” - İlon Mask: “Təəssüf ki, bu təhlil dəqiqdir”

Baxış sayı:
3076

Məşhur milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask iş adamı Devid Saksın Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ bilməyəcəyi fikri ilə razılaşıb.
Belə ki, Mask Saksın tvitinə reaksiya verərək fikirlərini sosial şəbəkədə paylaşıb.
“Time” jurnalında dərc olunan yazını şərh edən Saks Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlara qarşı çıxmaqda davam edən yalnış və inadkar siyasətçi kimi xarakterizə edib. O, iddia edir ki, bu məqalə Ukraynanın münaqişədə qalib gələ bilmədiyini təsdiqləyir və Ukraynanın əks-hücumunun uğursuzluğuna, Ukrayna Silahlı Qüvvələrinin (AFU) ağır itkilərinə və Ukrayna ordusunda mənəvi-ruhiyyənin aşağı düşməsinə işarə edir.
Saksın tvitinə cavab olaraq Mask yazıb: “Təəssüf ki, bu təhlil dəqiqdir”.
Qeyd edək ki, Maksın bu status  sosial mediada geniş müzakirələrə və reaksiyalara səbəb olub. Belə fikir var ki, bu, Ukraynada davam edən müharibə ilə bağlı Qərb cəmiyyətində getdikcə hiss olunan yorğunluq hissini əks etdirir.