Xaçmazda əxlaqsızlıq yuvası aşkarlandı – İKİ QADIN SAXLANILDI
27-08-2018 10:13
Baxış sayı:
2443

Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, avqustun 25-də gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.
Muxalifet.az