​Yaponiya mundiala qələbə ilə başladı...

Baxış sayı:
6094

Bu gün dünya çempionatında ilk tura yekun vurulacaq.
Qol.az-ın xəbərinə görə, H qrupunda  iki oyun keçirləcək.
Qrupun ilk matçında Kolumbiya və Yaponiya milliləri üz-üzə gəlib. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunsa da, sonda qələbəni asiyalılar bayram ediblər.
Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşacaq. Levandovski-Mane mübarizəsi adlandırılan bu görüşə də maraq böyükdür.
A qrupunda isə 2-ci tura start veriləcək. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşacaq. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması  Uruqvaya uduzub - 0:1
 
19 iyun
DÇ-2018
H qrupu
1-ci tur

16:00. Kolumbiya - Yaponiya - 1:2
Qollar: Sindzi Kaqava, 4-pen. (0:1), Qintero, 39 (1:1), Yuya Osako, 73 (1:2)
Qırmızı vərəqə: Karlos Sançes, 3 (Kolumbiya)
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair).
19:00. Polşa - Seneqal
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri, Əbdülrəhman Əl Yassim (hər ikisi Qətər).