Yaponiya sahilləri silkələndi - 5 bal
23-11-2018 20:36
Baxış sayı:
3511

Sakit okeanda, Yaponiyanın Fukusima prefekturasında 5,0 bal gücündə zəlzələ baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə Yaponiyanın Metereologiya İdarəsi məlumat yayıb. Zəlzələ ocağı 50 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanların 12 prefekturada, o cümlədə paytaxt Tokioda hiss edildiyi deyilib. Sunami təhlükəsi yoxdur, dağıntı və tələfat barədə informasiya verilmir.