Yenə casus ittihamı: Rusiyadan təhdid kimi cavab
6-12-2018 08:42
Baxış sayı:
5266

Rusiyanın Xarici İşlər Nazirliyi Slovakiyanın Rus diplomatını casusluqda günahlandıraraq deportasiya etməsinə eyni şəkildə cavab verəcəklərini açıqlayıb.
Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Slovakiyadan deportasiya edilən Rus diplomatın casus olmadığını deyərək, Rusiyaya ədalətsizlik edildiyi bildirilib. Bəyanatda həmçinin, "Rus tərəfi, qarşılıqlıq prinsipinə əsaslanaraq Slovakiyanın düşmənçilik etmiş olduğu bu hərəkətlərinə eyni ilə cavab verəcək" deyilib.
Qeyd edək ki, Slovakiyanın baş naziri Peter Pellegrini Slovakiya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatına istinad edərək ölkədən kəşfiyyat fəaliyyəti ilə məşğul olan bir Rus diplomatın deportasiya edildiyini söyləmişdi.
Müxalifət.az