Yerə asteroid yaxinlaşir - Səma cismi potensial təhlükə hesab olunur
25-08-2018 14:36
Baxış sayı:
5041

Yer kürəsinə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır.
NASA xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid “potensial təhlükə” hesab olunur. Asteroidin ölçüsü 70-160 metr diametrindədir. Alimlərin hesablamalarına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək. Qeyd edək ki, yaxın 100 il ərzində Yer kürəsinin asteroidlə toqquşma ehtimalı sıfıra bərabərdir.