Yunanları türk qorxusu bürüdü: AFRİNDƏN SONRA QƏNDİL…
13-06-2018 14:10
Baxış sayı:
7636

Türkiyənin Qəndil əməliyyatı Yunanıstanda diqqət izlənilir.
Muxalifət.az xəbər verir ki, yunan mətbuatında Qəndil əməliyyatı ilə bağlı manipulyasiya xarakterli məlumatlar yayılıb.
Yunanlar Qəndil əməliyyatını “Afrindən sonra yeni bir işğal həmləsi” olaraq qiymətləndirib. Türkiyənin bu əməliyyatı qonşu ölkə sərhədləri daxilində həyata keçirdiyi bildirilib və bunun işğal anlamına gəldiyi fikri cəmiyyətə təlqin olunub.
Mətbuatda həmçinin, PKK terrorçularına qarşı keçirilən əməliyyat İraqdakı kürdlərə qarşı təşkil olunmuş əməliyyat kimi təqdim edilib.