Zelenski Bakıda “Ukrayna məhsulları” mağazasına baş çəkdi - FOTOLAR
17-12-2019 18:58
Baxış sayı:
5091

Bakıda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski paytaxtın mərkəzi küçələrindən birində Ukrayna məhsullarının satıldığı ərzaq mağazasına baş çəkib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Zelenski bu haqda sosial şəbəkələrdə bildirib. Onun bildirdiyinə görə, Ukrayna pendirləri, yoqurtları, hətta şirələri Bakının mərkəzində satılır. “Ukraynasayağı dadlıdır! Bizim pendirlər, yoqurtlar, kolbasalar, hətta şirələr Bakının lap mərkəzində satılır. Yerli biznesmen artıq 11 “Ukrayna məhsulları” mağazası açıb. Tezliklə genişləndirməyi planlaşdırır: əlavə ticarət nöqtələrindən başqa Ukrayna restoranı da açacaq”,-Ukrayna prezidenti bildirir.