11 əri olan qadın daşqalaq edildi
10-05-2018 20:44
Baxış sayı:
7096

Somalidə “Əş Şabab” qruplaşmasının məhkəməsi bir qadını daşqalaq edərək öldürüb.
Muxalifet.az xəbər verir ki, Şükri Abdullahi Varsame adlı qadın əvvəlki ərlərindən boşanmadan 11 dəfə evləndiyi üçün ittiham edilib.
Hadisə Somalinin cənubundakı Sablale şəhərində baş verib. Qadını torpağa basdırıblar. Qruplaşma silahlıları qadını ölənə qədər daşqalaq ediblər. “Əş Şabab” qruplaşmasının hökm etdiyi ərazilərdə Şəriət qanunları tətbiq edilir.
Qruplaşmanın region üzrə nümayəndəsi Məhəmməd Əbu Usama deyib:
“Şükri Abdullahi və rəsmi əri də daxil olmaqla doqquz əri məhkəmə qarşısında cavab verib. Onlardan hər biri qadının əri olduğunu söyləyib”.