150 millət vəkli Ruhaniyə müraciət etdi: “İstefanı qəbul etmə”
26-02-2019 14:33
Baxış sayı:
7105

İran Məclisindəki 150 millət vəkili prezident Həsən Ruhanidən xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməməsini istəyib.
Məclisdəki Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü və islahatçı millət vəkili Əli Nəcəfi Hoşrudi Məclisdə jurnalistlərə verdiyi açıqlamada, millət vəkillərinin əksəriyyətinin Zərifin vəzifədə qalmasını istədiyini bildirərək prezident Ruhaniyə bu istiqamətdə bir məktub çatdırdığını ifadə edib.
Komissiyanın digər bir üzvü Mustafa Kevakebiyan da Zərifin vəzifədə qalması üçün 150 deputatdan imza topladıqlarını bildirib.
Qeyd edək ki, İran Məclisində 290 deputat var.
Müxalifət.az