2 İŞİD terrorçusu tutuldu
21-05-2019 16:49
Baxış sayı:
18424

Türkiyədə Şanlıurfanın Suriya ilə sərhədindəki Akçakala mahalında İŞİD üzvü olan 2 qadın terrorçu tutulub.
Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, mahalın Suriya sərhədində təsbit edilən terror təşkilatı mənsublarına yönəlik əməliyyat başladılıb.
Sərhəd xəttindəki bölgədə əməliyyat təşkil edən qruplar C. B. və B.Ş-ni Türkiyəyə keçməyə çalışarkən tutub.
Nəzarətə alınan və İŞİD üzvü olduğu müəyyən olunan terrorçular dindirilmə üçün Akçakala Mahal Jandarma Komandanlığına aparılıb.
Müxalifət.az