2 Ərəb ölkəsi RUSİYADAN S-400 ALIR

ABŞ-ın Körfəzdəki 2 mühüm müttəfiqi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya ilə münasibətləri inkişaf etdirir. Səudiyyə rəhbərliyi, Rusiyadan S-400 almaq üçün razılaşıb. Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi də Putinlə strateji tərəfdaşlıq müqaviləsi imzalamaq üçün dünən Moskvadaydı.
ABŞ-ın Yaxın Şərqdəki tərəfdaşlarının son dövrdə Rusiya ilə də yaxın əlaqə qurmaq istədikləri diqqət çəkir. İsrailin baş naziri Binyamin Netanyahunun İranın İsrail ilə sərhəddən çəkilməsi üçün Moskvayla razılaşdığı iddiaları müzakirə edilirkən, diqqət çəkən bir addımı da Səudiyyə Ərəbistanı atıb. ABŞ-ın Körfəzdəki ən böyük tərəfdaşı Səudiyyə Ərəbistanı, İran və Yəməndən gələn hava hücumlarına qarşı Rusiyadan S-400 müdafiə sistemi almaq üçün rəsmi Moskva ilə anlaşdığı bildirilir.
İRANA QARŞI
Rus diplomatik mənbələr, ön müqavilənin razılaşdırıldığı, əsas sazişin isə yaxın günlərdə açıqlanacağını bildirib. Mənbələr, Səudiyyə Ərəbistanının S-400 raket əleyhinə müdafiə sistemi satın almasıyla bağlı müzakirələrin yaxşı getdiyini, müqavilənin texniki gözdən keçirmə prosedurlarının sonra tamamlanacağını söyləyib.
Müdafiə sistemində ənənəvi olaraq ABŞ bazarına bağlı olan Səudiyyə Ərəbistanı, Yəməndən atılan raketlər qarşında ABŞ hava müdafiə sistemlərinin yetərsiz qalması səbəbilə Rus hava müdafiə sistemini satın almaq üçün sürətli bir şəkildə bazarlıqlara başlayıb. Səudiyyə Ərəbistanı, regionda ən böyük rəqibi olan İran, qitələrarası raket sistemini inkişaf etdirmək istiqamətində addımlar atarkən, özünü raket hücumlarından qorumaq üçün daha inkişaf etmiş olan Rus müdafiə sisteminə yönəlir.
Diplomatik mənbələr, Səudiyyə Ərəbistanının S-400-ə malik olmasının, ABŞ-ın satışına razılıq verdiyi “Thaad” sistemi ilə birlikdə bölgədə İrana qarşı tarazlıq təmin edəcəyi və İranın raket sistemlərini inkişaf etdirərək yaratmağa çalışdığı üstünlüyü heçə endirəcəyi fikirindədir.
Müxalifət.az