21 ton Azərbaycan soğanı Rusiyaya buraxılmadı
5-06-2018 18:15
Baxış sayı:
3874

Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları Rusiya-Azərbaycan sərhədinin “Yaraq-Qazmalar” keçid məntəqəsindən saxta sənədlərlə keçirilmə keçirilməsi planlaşdırılan külli miqdarda tərəvəz aşkar ediblər.
Muxalifət.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycandan Rusiyaya keçirilməsi planlaşdırılan 21 ton soğanın fitosanitar sertifikatı etibarsız olub.
Faktla bağlı yük sahibinə qarşı “Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması” maddəsi ilə protokol tərtib olunub.
Kənd təsərrüfatı mallarının Azərbaycan Respublikasına geri qaytarılmasına qərar verilib.