21 yaşlı gəlindən DƏHŞƏTLİ ƏMƏL
30-08-2019 09:14
Baxış sayı:
7585

Daşkəsəndə intihar hadisəsi baş verib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alünitdağ qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Hüseynova Aysel yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. A. Hüseynova bir uşaq anası olub.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.