23 yaşlı gənc qadın Yoqanın qurbanı oldu - Binanın 6-cı mərtəbəsindən yerə çırpıldı
28-08-2019 13:20
Baxış sayı:
11647

Gənc qadın yoqa etməyə çalışarkən az qala faciəvi şəkildə həlak olacaqdı.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Meksikada baş verib. 23 yaşlı gənc qadın evdə yoqa etəməyə başlayıb. Belə ki, tələbə olan Aleksa eyvana çıxaraq dəmir tutacaqlardan başı aşağı sallanıb. Daha sonra o dizi ilə müvazinətini saxlamağa çalışıb.
Lakin özünü saxlaya bilməyərək 6-cı mərtəbədən aşağı çırpılıb. Ağır yaralanan gənc qadın dərhal xəstəxanaya çatdırılıb. 11 saat keçirilən əməliyyatdan sonra onu xilas etmək mümkün olub. Həkimlər onun 3 il gəzə bilməyəcəyi ehtimalının olduğunu da bildirib.