25 günün qəza statistikası: 33 ölü, 124 yaralı
27-02-2019 10:12
Baxış sayı:
4897

Fevral ayının 25 günündə respublikanın avtomobil yollarında 80 yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən xəbər verir ki, qəzalarda 33 nəfər ölüb, 124 nəfər xəsarət alıb. Qeyd edək ki, yanvar ayında respublikanın avtomobil yollarında 88 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 43 nəfər ölüb, 154 nəfər yaralanıb.