3 Amerikalı Müsəlmanlara hücum edəcəkdi… Tutuldular

Baxış sayı:
3967

ABŞ-ın New York əyalətinin şimal bölgəsindəki çöllük sahədə Müsəlmanların yaşadığı Islamberg qəsəbəsinə bombalı hücum planladıqları səbəbiylə həbs olunan 3 şəxs çıxarıldıqları məhkəmədə haqlarındakı ittihamları qəbul edib.
 
Bölgə prokurorunun köməkçisi Matthew Schwartz etdiyi açıqlamada, şübhəlilərin "Islamberg-dəki Müsəlmanları öldürməyi planladıqlarını" etiraf etdiyini ifadə edib.
Vincent Vetromile (19), Brian Colaneri (20) və Andrew Crysel (18) adlı gənclərin "Terror aksiyası hazırlama, silah və partlayıcı alət saxlama" cinayətlərindən 4-12 il arası həbs cəzası ala biləcəyi bildirilib.
Qeyd edək ki, yanvar ayında 3 gənc Müsəlmanların sıx olaraq yaşadığı Islamberg qəsəbəsinə əl istehsalı bombalarla hücum planladıqları səbəbiylə həbs olunmuşdu.
Polis şübhəlilərin evlərində etdiyi axtarışlarda 3 əl istehsalı bomba və 23 silah tapmışdı.
İslamberg qəsəbəsi New York-un mərkəzindən bu bölgəyə köç edən Pakistanlı din adamı Mübarək Əli Gilani və tərəfdaşları tərəfindən Catskills bölgəsi yaxınlarında qurulmuşdu.
Müxalifət.az