4-cü mərtəbədən özünü atan 18 yaşlı qızın kimliyi bilindi - BU MƏŞHUR AZƏRBAYCANLI İMİŞ
10-07-2019 10:21
Baxış sayı:
14500

Avropa çempionu olan gimnastımız intihar edib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Qeyd edək ki, A.Məmmədzadə prezident mükafatçısıdır və akrobatika üzrə dörtqat Avropa çempionudur.