4 rus hərbçinin ölümü: hücumu kim edib?
28-05-2018 22:19
Baxış sayı:
4084

Suriyanın Deyr əz-Zor şəhərində 4 rusiyalı əsgərin ölümünə səbəb olan hücumu ABŞ-ın nəzarətində olan Tranf bazasından bölgəyə göndərilən müxaliflər etmiş ola bilər.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov çıxış edib.
"4 rusiyalı hərbi müşavirin ölümünə və 3-nün yaralanmasına səbəb olan Deyr əz-Zor hücumunun Tanf bazasından bölgəyə göndərilən müxaliflər tərəfindən keçirilməsi son dərəcə mümkündür. Bu hücumun sabitliyi pozan amil olduğunu bilirik və bir təxribat olmasını istisna etmirik", - Şamanov söyləyib.