​76 yaşlı kişini boğub öldürdülər - BAKIDA

Baxış sayı:
8107

Bakıda qətl törədilib.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, 76 yaşlı Ələsgər Dadaşov yaşadığı evdə boğularaq öldürülüb.
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir./apa/