8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıldı
27-02-2019 12:09
Baxış sayı:
4972

Şabran rayonunda antibiotik iynə vurulması nəticəsində vəfat edən 8 yaşlı uşğın ölümü ilə bağlı cinayət işi başlanılıb.
Muxalifet.az Şabran Rayon Prokurorluğundan bildirilib ki, Şabran rayon sakini, 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşovanın ölüm faktına görə Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.