87 yaşlı Yəhudi Müsəlman oldu: İSRAİL MEDİASI BU HADİSƏNİ TƏƏCCÜBLƏ YAZDI

Baxış sayı:
4321

Qərbdə Holokost kimi tanınan və nasist Almaniyasının 1930- 40 tarixləri arasında Yəhudilərə qarşı həyata keçirdiyi soyqırımdan sağ olaraq xilas olan Yəhudi, Hollandiyada Müsəlman olub. Hollandiya Sultanəhməd Məscidində Müsəlman olan 87 yaşındakı Yəhudi Sal van Coeverden, İslam ilə şərəflənib.
 
Bu haqda xəbər ötən gün yayılı və böyük əks-səda doğurub. Yaşından və xəstəliyinə görə, təkərli kürsüyə məhkum olan Coeverden, keçirilən bir mərasimdə “Kəlimeyi Şəhadət” gətirərərk Müsəlman olub.
 
XƏBƏR İSRAİL MEDİASINDA DA GENİŞ YER TAPDI
 
Nasist soyqırımından sağ olaraq xilas olan bir Yəhudinin Müsəlman olduğuna dair görüntülər İsrail mediasında da geniş yer tapıb. İsrail mediası bu vəziyyəti başqa cür izah edə bilmədikləri üçün hadisəyə şübhə ilə yanaşılması lazım olduğunu qeyd ediblər.
Bəzi Yəhudi mənbələr, Holokost zamanı bölgədəki Yəhudilərin 75 faizinin məhv edildiyini, qalanların isə İsrailə qaçdığı tezisini ortaya atmaqla, hadisəyə şübhə toxumu səpmək və kölgə salmağa cəhd ediblər. Onların iddiasına görə, Sal van Coeverdenin iddia edildiyi kimi, Yəhudi soyqırımından sağ çıxan biri deyil. Bununla da bir Yəhudinin Müsəlman olacağı gerçəyini heç cür həzm edə bilmədiklərini ortaya qoyurlar.
Bəzi İsrail mənbələri isə Sal van Coeverdenin iddia edildiyi kimi, Yəhudi Soyqırımından sağ xilas olduğunu qəbul edir. Amma özünün uzun zamandır tənhalıq çəkməsindən dolayı psixoloji problemlər yaşadığını və bu qərarı məhz buna görə almış olduğunu iddia edirlər.
 
87 YAŞLI YƏHUDİ ONA YARDIM EDƏN BİR MÜSƏLMANDAN TƏSİRLƏNİB
 
Tədqiqatçı jurnalist və NIW Hollandiya Yəhudisinin həftəlik yazı işləri müdiri Esther Voet, məsələ ilə bağlı, "Sal van Coeverden, uzun zamandır təkdir və qayğıya ehtiyacı vardı. Bildiyimizə görə, ona bütün təminatında kömək edən bir Müsəlmandan təsirlənib" deyə, bildirib.
“İsrael National News”-un xəbərinə görə, Sultanəhməd Məscidində bir Yəhudinin Müsəlman olması hadisəsi bir ilk deyil. 2013-ci ildə məscid, Yəhudi ailələrdən gələn Bnei Akiva Yəhudi Sionist gənclər hərəkatının 25 yaşlı keçmiş məsləhətçilərindən biri olan Yair van der Roerin də Müsəlman olmasına şahid olub.
Müxalifət.az