Abituriyentlərin diqqətinə: 19 mindən çox ərizə təsdiqləndi
27-07-2019 20:41
Baxış sayı:
7168

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün saat 18:25-ə olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 5700, II ixtisas qrupu üzrə 4197, III ixtisas qrupu üzrə 5225, IV ixtisas qrupu üzrə 1637 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 2578 nəfərdir.
Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.