Abramoviç "Çelsi"ni 2 milyarda satır
27-08-2018 16:34
Baxış sayı:
2578

Rusiyalı iş adamı Roman Abramoviç sahib olduğu “Çelsi” klubunu satışa çıxarıb.
Buna səbəb biznesmenin Böyük Britaniya vizası ala bilməməsidir.
Qapısından içəri buraxılmadığı ölkəyə yatırım etməkdən vazkeçən iş adamı vasitəçi şirkətlə müqavilə bağlayaraq “Çelsi” klubunu 2 milyard funt-sterlinqə satmaq qərarına gəlib.
Qeyd edək ki, Roman Abramoviç “Çelsi”ni 2003-cü ildə Ken Batesdən 140 milyon funt-sterlinqə alıb. Onun böyük yatırımlarından sonra London təmsilçisi 50 ildən sonra Premyer Liqanın, tarixində ilk dəfə isə Çempionlar Liqasının qalibi olub.