ABŞ-ın 30 illik Türkiyəni havadan müdafiəsiz buraxma oyunu - TƏHLİL

Baxış sayı:
9348

Rusiyadan S-400 alışına maneə törətmək üçün Türkiyəni istehsal ortağı olduğu F-35 döyüş təyyarəsi layhəsindən çıxarmaqla təhdid edən ABŞ, 1991-də varılan razılaşmağa baxmayaraq “Patriot” havadan müdafiə sistemini heç cür vermədi. Tam 30 il Türkiyənin başını müxtəlif bəhanələrlə qatan Vaşinqton, Çin ilə edilən razılaşmanın ləğvində də rol oynadı. Bir sözlə, ABŞ Türkiyəni müdafiəsiz buraxmaq üçün hər yolu sınaqdan keçirdi.
 
ABŞ Türkiyənin havadan müdafiə sisteminə sahib olmasını heç bir zaman istəmədi. Ankaranın Vaşinqtondan “Patriot” tələb etdiyi 1991-ci ildən bu yana heç bir addım belə qət edilə bilinmədi.
Türkiyənin Rusiyadan S-400 sistemi alışıyla birlikdə ABŞ-ın başlatdığı şantaj siyasəti F-35 embarqosu və Türk pilotlara yönəlik deportasiya qərarıyla birlikdə zirvəyə çatdı. TSQ-nin təhlükəsizlik üçün ehtiyac duyduğu hava müdafiə sistemi mövzusunun ən az 30 illik keçmişi var.
Amerikan ordusunun 1991-də İraqa yönəlik hücumu əsnasında Diyarbakır çölünə bir Skad raketinin düşməsindən sonra Ankara NATO müttəfiqindən “Patriot” satmasını istəmişdi. Ancaq o gündən bu yana ABŞ-dan nə Patriot gəldi, nə də başqa bir sistem... PKK-nın dəstəkçisi olan bu ölkə üstəlik Türkiyənin hava müdafiə problemini alternativ qaynaqlarla həll etmək cəhdini də müxtəlif müdaxilələrlə önləməyə çalışdı. ABŞ-ın havadan müdafiə sistemi oyununun qısa hekayəsinin tarixinə baxaq...
 
İLK TƏLƏB 1991-Cİ İLDƏ
 
1990-cı illərin əvvəlində TSQ-nin inventarındakı tək havadan müdafiə raketi ‘Nike Hercules' raketləri idi. 1959 tarixli və ABŞ mənşəli raketlər müasir müharibə şərtlərində müdafiə qabiliyyəti çox aşağı olmaqla bərabər, həm də fəaliyyətini itirmişdi. Türkiyə havadan müdafiə sisteminə (HMS) ciddi olaraq ilk dəfə 1991-ci ildə 1ci Körfəz Müharibəsi əsnasında ehtiyac duydu. İraqdan atılan bir Skad raketonin Diyarbəkirdə boş əraziyə düşməsindən sonra havadan müdafiə sistemlərindəki əskiklik fərq edildi.
Bundan sonra ABŞ ilə “Patriot HSS” alışı üçün görüşlər keçirildi. Ancaq bir nəticə alına bilmədi. ABŞ “Patriot”ları satmaq yerinə, bu sistemi öz bazalarını qorumaq üçün Türkiyədəki müəyyən nöqtələrə yerləşdirdi. Ankara tələbini sonrakı illərdə də təkrarladı. Ancaq Vaşinqton tələblərə müsbət cavab vermək yerinə, baş qatmaq siyasətini mənimsədi.
 
VƏ TENDERƏ ÇIXILDI
 
Türkiyə HSS ehtiyacını aradan qaldırmaq üçün ABŞ ilə görüşmələrinə 2006-cı ilə qədər müəyyən fasilərlə davam etdi. Bu vaxt 1998-ci ildə İsrail ilə “Arrow” müdafiə sistemi üçün görüşlər keçirildi, ancaq buradan da nəticə alına bilmədi. Müdafiə Sənayesinin İcra Komitəsi 30 iyun 2006 tarixli yığıncağında ‘T-LORAMIDS' proyektinə qərar verdi. Bu proyekt HSS alışı üçün tenderə çıxılmasını ehtiva edirdi. Hazırlıqların tamamlanmasından sonar 2010-cu ildə də texniki şərlər yayımlandı.
‘Xaricdən hazır alış' üsuluyla çıxılan T-LORAMIDS tenderinə ABŞ (Patriot), Çin (FD-2000) və İtaliya və Fransa (SAMP-T) müraciət etdi. Müdafiə bürokratiyası 26 sentyabr 2013 tarixli yığıncağından sonra Çinin texniki qiymətləndirmə sıralamasında birinci olduğunu bəyan etdi. Beləcə 22 il sonra HSS üçün ilk konkret addım atılmış oldu. Türkiyə texniki sıralamaya baxmayaraq tenderə qatılan tərəflərə yeni təkliflər təqdim etmə opsiyonunu açıq saxladı. Yeni təkliflərin gəlməsiylə Türkiyə texniki və maliyyə ölçüdə bazarlıq etmə üstünlüyünü əlində tutacaq şəkildə qərarını təxirə saldı.
 
ÇİN RAKETİ LƏĞV OLDU, ƏQRƏB S-400-ə DÖNDÜ
 
Bu müddətdə Türkiyə xüsusilə media yoluyla böyük bir təzyiq altına alındı. Buna Çin raketlərinin fəaliyyətiylə əlaqədar ibarət olan sual işarələri də əlavə olununca, Ankara 2 il davam edən müzakirələrə baxmayaraq Çin variantından imtina etdi. Proyekt ləğv edildi. Müdafiə Sənayesinin başçısı İsmayıl Dəmir havadan müdafiə sistemi proyektinin yerli imkanlarla inkişaf etdiriləcəyini və Türkiyənin öz sistemini yaradacağını söylədi.
2016-cı ildə Türkiyənin ehtiyacını milli olaraq qarşılayacağı dəqiqləşdirildi, uyğun təklif verildiyi təqdirdə isə xarici dövlətlərlə əməkdaşlıq da edilə biləcəyi ifadə edildi. Bu çərçivədə SAMP-T istehsalçısı fransız-İtalyan şirkəti olan Eurosam-la da təmasa keçildi. Proses sürət alarkən 15 iyul 2016-da Fətullahçı Terror Təşkilatının xain çevriliş cəhdi yaşandı.
ABŞ-NATO qaynaqlı bu hücum millətin poladdan iradəsiylə dəf edilincə, prezident Ərdoğan çox kritik bir addım atdı. Rusiya ilə S-400 müzakirələri başladı. Sistemin alınmasına yönəlik razılaşma 2017-ci ildə tamamlandı. Aradan keçən 2 ildən sonra S-400-lər önümüzdəki ay Türkiyəyə təslim ediləcək. Bunlarla yanaşı, HİSAR və SİPƏR proyektləri ilə havadan müdafiə üçün yerli həll işləri də davam edir.
Müxalifət.az