ABŞ açıqladı: Yeni kimyəvi hücum etdilər!

ABŞ Xarici İşlər Nazirliyi Bəşər Əsəd rejiminin Suriyanın şimal-qərbində yeni kimyəvi hücumlar reallaşdırdığını təsbit etdiklərini açıqlayıb.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus Suriya ilə bağlı etdiyi yazılı açıqlamada, "ABŞ rejimin yeni kimyəvi silah istifadə etdiyi əlamətləri daxil, Əsəd rejiminin Suriyanın şimal-qərbindəki əməliyyatlarını yaxından izləyir" deyib.
"ƏSƏD REJİMİ KİMYƏVİ SİLAH İSTİFADƏ ETSƏ..."
Ortagus "Təəssüf ki, ki 19 may 2019-da Suriyanın şimal qərbində bir xlor qazlı hücum daxil, Əsəd rejiminin kimyəvi silah istifadəsinə yenidən başlaya biləcəyinə dair işarələr görməyə davam edirik. Bu hadisə ilə əlaqədar məlumat toplamaya davam edirik, ancaq Əsəd rejimi kimyəvi silah istifadə etsə, ABŞ və müttəfiqlərinin sürətli və uyğun bir cavab verəcəyinə dair xəbərdarlığımızı təkrar edirik" deyə qeyd edib.
19 maydakı hücumun Əsəd rejiminin atəşkəsi pozub, milyonlarla vətəndaşı təhlükəyə ataraq hücum başlatdığı İdlib bölgəsində meydana gəldiyini ifadə edən Ortagus, söz mövzusu hücumun Suriyanın müxtəlif bölgələrindəki qarşıdurmalardan qaçan və İdlibə sığınan mühacirləri hədəf aldığını qeyd edib.
Morgan Ortagus açıqlamasına belə davam edib:
"DÜŞÜNCƏSİZ BİR GƏRGİNLİK OLAR"
"Rejimin Suriyanın şimal qərbindəki insanlara yönəlik hücumları dayanmalıdır. ABŞ prezidenti Donald Tramp tərəfindən 2018 sentyabrda edilən xəbərdarlığını təkrarlayırıq. İdlibdə qarşıdurmaları azaltma bölgəsinə yönəlik bir hücum bölgəni sabitliksizliyə sürükləyəcək düşüncəsiz bir gərginlik olar. Rusiyanın son zamanlarda Ağ Beretlilərin və digərlərinin Rusiya və Əsəd rejiminə qarşı qaralama kampaniyasının parçası olduğu iddiası, Rusiya və Əsəd rejiminin reallaşdırdığı kimyəvi silah hücumlarından başqasını məsul tutmağa yönəlik məlumat çirkliliyinin parçasıdır".
Əsəd rejiminin 24 noyabr 2018-də müxalifləri günahlandırmaq üçün Hələb yaxınlarında bir kimyəvi hücum reallaşdırıldığını uydurduğunu qeyd edən Ortagus, "Rusiya və Əsəd rejimi zaman zaman Əsəd rejiminin vəhşicə kimyəvi hücumlarını haqlı çıxarmaq üçün bu cür yanıldıcı iddiaları ortaya atmışdır" ifadəsinə yer verib.
Morgan Ortagus "Gerçəklər ortadadır. BMT-nin təkrar təkrar əldə etdiyi nəticəyə görə, Suriyada reallaşdırılan təsdiqlənmiş kimyəvi hücumların hamısını Əsəd rejimi özü reallaşdırmışdır" deyib.
Müxalifət.az