ABŞ Afrinə xüsusi təlim KEÇMİŞ TERRORÇULAR GÖNDƏRİR

ABŞ PKK-nın böyük məğlubiyyət yaşadığı Afrinə, 1990-cı illərdən bu yana Guam adasında xüsusi təlim verdiyi terrorçuları yetirməyə başlayıb.
PKK/PYD-yə silah yağdıran ABŞ, indi də xüsusi olaraq yetişdirdiyi terrorçuları Afrinə göndərir. ABŞ PKK-nın böyük məğlubiyyət yaşadığı Afrinə, 1990-cı illərdən bu yana Guam adasında xüsusi təlim verdiyi 70 terrorçu gətirib. Guam-da PKK-lılara təyyarə və vertolyotu vurmaq üçün antitank, zenit və rəqəmsal mina təlimi verilib.
TƏLİM VERDİYİ TERRORÇULAR TSQ VƏ ASO-ya QARŞI VURUŞUR
ABŞ-ın Guam-da xüsusi təlim verərək Afrinə göndərdiyi terrorçular eyni zamanda HAT adı verilən PKK-nın Xüsusi Hərəkat Qruplarının da nüvəsini təşkil edir. ABŞ, Afganistan-Bagram Bazasından sonra ölkə xaricində inşa etdiyi ən böyük ikinci hərbi baza olan Guam-da 1996-ci ildən bəri terrorçulara təlim verir.
ƏN AZ BİR İL TƏLİM
İraq, Suriya, İran və bəzi Avropa ölkələrindən Guam ABŞ Hərbi Bazasına aparılan Kürd gənclərinə, təyyarə və vertolyot istismarından ağır silahlara, kimyəvi ixtisaslardan, siyasət, hüquq, beynəlxalq münasibətlər sahəsinə qədər geniş spektrdə təlimlər verilir. Ən azı 1 il təlim alan terrorçular daha öncə İraqa göndərilərkən, 2000-ci illərin əvvəlindən etibarən Suriya və İrana da ixrac edilir.
DÜŞƏRGƏLƏRİ SAKİT OKEANDA
Afrində TSQ və ASO-ya qarşı meydançaya sürülən PKK-lı terrorçular Sakit Okeandakı Quam adasında təlim edilir. PKK-lı terrorçuların istifadə etdiyi silahlar ilə geyindiyi paltarlar, ABŞ xüsusi qüvvələrindən fərqlənmir. ABŞ-ın ən inkişaf etmiş silahları ilə gecə görüş durbinlərini istifadə edirlər.
Müxalifət.az