ABŞ Almaniyanı kəskin TƏNQİD ETDİ: Nə ordusu, nə də...
4-06-2018 21:26
Baxış sayı:
8434

Almaniyanın yeritdiyi diplomatiyanın arxasında ciddi bir hərbi təhdid yoxdur, xidmətdə olan bir sualtı gəmiləri də yoxdur. Hazırda hazırlıqlı bir orduya sahib deyillər.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell çıxış edib.
Qrenell Almaniya hökumətini müdafiə xərcləri üçün kifayət qədər büdcə ayırmamaqda qınayıb.
Trampın ona Almaniyanın NATO üzvü olaraq, hərbi büdcəni artırmaq üçün vəzifə verdiyini deyən Qrennel bu ölkənin Avropanın ən böyük iqtisadiyyatına sahib olduğunu və NATO qarşısında öhdəliklər daşıdığını bildirib.