“ABŞ artıq hərbi çevrilişlər edəcək gücdə deyil” – Amerikalı tarixçi

Amerikalı dilçi və tarixçi Noam Çomski ABŞ-ın artıq istədiyi kimi çevriliş etdirəcək gücdə olmadığını deyib.
Tramp rəhbərliyinin Venesuelaya tətbiq etdiyi iqtisadi sanksiyalardan ABŞ və İran arasındakı gərginlik kimi mövzulara dair açıqlama verən Çomski, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaların hal-hazırdakı böhranı fəlakətə çevirdiyini vurğulayıb.
"Dünya sülhünü ən çox təhdid edən ölkə ABŞ-dır"
Çomski 2014-cü ildə aparılan bir sosial sorğu anketinin nəticəsinə istinad edərək insanların dünya sülhünü ən çox təhdid edən ölkənin ABŞ olduğunun düşündüyünü vurğulayıb və bu sorğunun nəticələrinin azad mediada dərc olunmasına imkan verilmədiyini söyləyib.
"Tramp iqtisadiyyata zərər verdi"
İran və ABŞ arasındakı nüvə razılaşması ilə bağlı gərginliyə dair isə "Tramp rəhbərliyi razılaşmadan çəkilərək İran iqtisadiyyatına zərər verdi və vəhşicə sanksiyalar tətbiq edərək əhalini cəzalandırdı. İran Avropa Birliyinin ağası olan ABŞ-ın əmrləriylə arasına məsafə qoyacağına ümid edərək ilkin hər hansı bir addım atmadı. Ancaq AB bunu etməkdə uğursuz olunca, İran nüvə proqramını yeniləmək üçün həmlələr etməyə başladı" deyə Çomski bildirib.
İranın nüvə təhdidini yatırmaq üçün Orta Şərqdə nüvə silahlarının istifadə edilməyəcəyi bir sərbəst bölgə yaradıla biləcəyini ifadə edən Çomski, "Bu fikir onlarla il Ərəb ölkələri tərəfindən təklif edildi. İran da G-77-də güclü şəkildə müdafiə etmişdi. Lakin bu fikir ABŞ tərəfindən veto edilmişdi. Bu, digər tərəfdən İsraildə böyük nüvə silah arsenalının varlığını qəbul etmək mənasını verir" deyib.
"ABŞ-ın imkanları azaldı"
ABŞ-ın qlobal gücünün çoxdandır azaldığını ifadə edən Noam Çomski, "Yarım əsrdir ki, çox qütblü bir dünyada yaşayırıq. ABŞ artıq sadəcə hərbi çevrilişlər reallaşdırıb, istədiyi kimi terror rejimi yarada bilmir. Hələ də ayaqda olsa da, ABŞ-ın imkanları azaldı" deyib.
Çomski ABŞ hegemoniyasının Trampın qeyri sabit hücumlarına baxmayaraq böyük ehtimalla fərqli bir şəkildə davam edəcəyini söyləyib.
Müxalifət.az