ABŞ Avropadakı ordusunu artırmalıdır - NATO
16-03-2018 10:32
Baxış sayı:
2905

ABŞ Avropadakı daimi hərbi kontingentinin sayını artırmalıdır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO-nun Avropadakı qoşunlarının komandanı Kertis Skaparotti söyləyib.
“Bizə Avropada çoxlu güc lazımdır. Məncə, daimi əsasda bölgəyə sürətli reaksiya qüvvələri və aviasiya yerləşdirilməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Skaparotti Amerikanın Avropadakı hərbi üstünlüyünü 2025-ci ildə itirə biləcəyini açıqlamışdı.