ABŞ-ın BMT Daimi Nümayəndəsi ETİRAZ EDİLDİ: DONDU QALDI

Baxış sayı:
7594

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, çıxış etmək üçün getdiyi Hyuston Universitetində, İsrailin Qəzzadakı qətliamı qarşısındakı mövqeyi səbəbindən etiraz edilib.
 
Donald Tramp rəhbərliyində İsrailin ən güclü müdafiəçilərindən biri kimi önə çıxan Haleyə, Hyuston Universitetində çıxışı zamanı təpkilər göstərilib.
Nikki Haley, çıxışına başlamaq istərkən üzərində Fələstin yazılı qolsuz köynək geyən bir tələbə ayağa qalxaraq, “Nikki Haley, əllərində qan var. Soyqırımda iştirak etməyə davam edirsən. Terrorçuların və müstəmləkəçilərin cinayəti ilə birgəsən” deyə, etiraz edib.
Etiraz edən tələbəyə zaldan alqışlarla dəstək gəlməsindən sonra çox sayda tələbə ayağa qalxaraq, "Nikki, Nikki ard-arda cinayət işləndiyini görmürsünüzmü? Nikki, Nikki gizləyə bilməzsən, soyqırıma imza atdın” deyə, şüarlar səsləndiriblər.
Fələstinə dəstək verən tələbələr, Facebookdan da yazılı bir açıqlama verərək, Nikki Haleyi Fələstin xalqına qarşı əyani ayrı-seçkilik etmək və dünyadakı haqsızlıqları görməzdən gəldiyi üçün tənqid ediblər.
Nikki Haleyi, İsrailin Qəzzadakı soyqırımına qarşı istintaq aparılmasını əngəl olmaqda günahlandıran tələbələr, Haleynin İsrail əleyhinə səsləri susdurmağa cəhd etdiyini bildiriblər.
Qeyd edək ki, Haley, BMT Təhlükəsizlik Şurasında, Qəzzadakı etirazlarda İsrailin özünü müdafiə etdiyini və maksimum təmkin göstərdiyini irəli sürmüşdü.
İsrail əsgərlərinin, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə daşımasına etiraz etmək və Nekbenin (Böyük Fəlakət) 70-ci ildönümünü anmaq istəyən nümayişçilərə atəş açması nəticəsində 60-dan artıq Fələstinli şəhid olmuş, 3 mindən çox adam da yaralanmışdı.
Müxalifət.az