ABŞ-a böyük şok! Tək qaldı..

Baxış sayı:
17482

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) bir tərəfli “Golan Təpələri” qərarı ilə yalnız qalarkən, Şuranın digər 14 üzvü işğal altındakı bölgənin İsrail torpağı olmadığı mövzusunda birləşdi.
 
BMT TŞ Donald Tramp İsrailin “Golan Təpələri” üzərində hakimiyyətini tanıdıqdan sonra Suriyanın tələbi ilə toplanıb.
ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin siyasi koordinatoru Rodney Hunter Şurada etdiyi çıxışında, “Golan Təpələrinin Suriya rejimi və İran tərəfindən idarə edilməsinə icazə verilməsi vəziyyətində rejim, İran və Hizbullahın İsrailə yönəlik hücumlarına göz yumulmuş olacağını” bildirib.
Hunter, “Bu qərar İsrailin təhlükəsizliyi üçün kritik bir əhəmiyyətə malikdir və ABŞ bölgənin sabitliyinə qatqı təmin etdiyinə inanır '' deyib.
Rodney Hunter həmçinin ABŞ-ın Golan qərarının Suriya-İsrail atəşkəs xəttindəki BMT-nin Atəşkəs Müşahidəçi Gücünə (UNDOF) təsir etməyəcəyini ifadə edərək sülh gücü missiyasının bölgədə qalması lazım olduğunu söyləyib.
Ancaq ABŞ bu birtərəfli qərarını müdafiə etdiyi BMT TŞ-da tək qalıb. Şuranın digər 14 üzvü işğal olunmuş ərazinin İsrail torpağı olmadığını qəbul edib.
Müxalifət.az