ABŞ bəşəriyyətə qarşı cinayət törədir - Suriya
12-02-2019 19:25
Baxış sayı:
2521

ABŞ koalisiyası bəşəriyyətə qarşı cinayət törətməklə məşğuldur.
Muxalifet.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Beynəlxalq koalisiyanın hüquq normalarını pozaraq qadağan olunmuş silahlarla dinc sakinləri hədəf alması adi hala çevrilib”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, koalisiyanın Baquz yaşayış məntəqəsini bombalaması nəticəsində ölənlərin sayı 70-ə çatıb.